Xəbərlər

Magistratura imtahanlarında Respublika üçüncüsü

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Qabil​ Əliyev Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən Magistratura imtahanlarında 96 bal toplayıb. O, bu göstərici ilə ölkə üzrə üçüncü ən yüksək bal toplayan bakalavrlardan biridir.

Qabil Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına 2017-ci ildə 700 balla qəbul olub.