Xəbərlər
BANM-in tələbəsi magistratura imtahanlarında Respublika ikincisi olub
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Şahin Orucov Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanlarında 97 bal toplayıb. O, bu göstərici ilə ölkə üzrə ikinci ən yüksək bal toplayan bakalavrlardan biridir.
Şahin Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına 2017-ci ildə 665 balla qəbul olub.
#BANMailəsi olaraq tələbəmizi təbrik edir, ona uğurlar arzulayırıq