Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbləri Kibertəhlükəsizllik təlimlərində iştirak edir

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Təhsil İnstitutu tərəfindən informasiya texnologiyaları və əlaqəli ixtisaslar üzrə təhsil alan 20 nəfər tələbənin kibertəhlükəsizlik və kibercinayətkarlıqla mübarizə sahəsində nəzəri bilik və praktiki bacarıqlarının artırılması məqsədi ilə “Kibertəhlükəsizllik” adlı təlim layihəsinin üçüncü mərhələsinə başlanılıb.

 

Təlimlər 9 aprel tarixinədək davam edəcək.

 

Təlim üçün seçilən 20 tələbədən 11 nəfəri Bakı Ali Neft Məktəbinin tələbləri arasından seçilib. Onların  əksəriyyəti Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələridir.

 

Layihə intensiv təlimlər və labarator tapşırıqlar hisssindən ibarət olmaqla ümumilikdə 4 ay müddətində distant formada davam etdiriləcək.

 

Təlim zamanı kibertəhüləsizliyə giriş, veb aplikasiyaların nüfuzetmə testləşdirilməsi, insidentlərin idarəolunması və cavab tədbirləri və infrastruktur təhlükəsizliyi modulları  geniş tədris olunacaq. Təlimlərdə beynəlxalq ekspertlərlə yanaşı, xaricdə təhsil almış azərbaycanlı ekseprtlər də təlimçi qismində çıxış edəcəklər.