Xəbərlər
Bakı Ali Neft Məktəbinin 5 müəllimi CISCO Akademiyasının İnstruktor adını qazandı
Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının 5 əməkdaşı “CISCO Network” Akademiyasının "İT Essentials" kursunu uğurla bitirərək Akademiyanın "İnstruktor" adını qazanıblar.
"İnstruktor" adını qazanan kafedranın dosenti Kamala Paşayeva, müəllimlər Aygül Musayeva və Ramil Şükürov, İstehsalat təlimi ustaları Nazrin Dolxanova və Leyla Mirzəli bununla da, “CISCO” şirkətinin tədris materialları əsasında “Foundation” tələbələri üçün dərs aparmaq imkanı əldə ediblər.
Eyni zamanda, onlar “CISCO” Akademiyasının onlayn platformasından istifadə edərək müəllimlər üçün də cari yoxlamalar (quizləri) da təşkil edə bilərlər.