Xəbərlər

BANM-də Qarabağın mədəniyyəti və mənəvi sərvətləri mövzusunda vebinar

Bakı Ali Neft Məktəbində "Qarabağın mədəniyyəti və mənəvi sərvətləri" mövzusunda vebinar keçiriləcək.

 

17 dekabr 2020-ci il tarixində saat 15:00-da “ZOOM” platforması üzərindən keçiriləcək vebinarda illər sonra azadlığına qovuşmuş Qarabağın maddi-mədəni sərvətləri barədə müzakirələr aparılacaq.

 

Vebinarın əsas məruzəçisi Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyevdir.

 

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə qonaq qismində vebinara qatılacaqdır.