Xəbərlər

BANM tələbəsi Heriot-Vatt Universitetinin mükafatına layiq görülüb

Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan II kurs tələbəsi Sevinc Qafarlını Böyük Britaniyanın Heriot-Vatt Universitetinin 2014/2015-ci akademik ili üzrə universitet mükafatının qalibi seçilməsi münasibəti ilə təbrik edirik! Ali Məktəbinin tədris, elmi və ictimai həyatında fəallığı ilə seçilən Sevinc Qafarlı 2014/2015-ci akademik ili üzrə yüksək təhsil göstəricilərinə görə Böyük Britaniyanın Herriot-Vatt Universiteti tərəfindən sertifikata və 100 funt sterlinq məbləğində pul mükafatına layiq görülüb. Beləliklə, Bununla əlaqədar Heriot-Vatt BANM /Sevinc Qafarlıya təbrik məktubu göndərilib. Məktubda deyilir:

 

"Hörmətli Sevinc,

Sizi 2014/2015-ci akademik ili üçün nəzərdə tutulan universitet mükafatının qalibi olduğunuz münasibəti ilə təbrik edirik.

 

Bu 100 funt sterlinq məbləğində pul mükafatı yüksək təhsil göstəricilərinə görə verilir. Məktuba mükafatı təsdiq edən sertifikat əlavə olunur. Ümid edirik ki, mükafat nailiyyətinizi Sizə daima xatırladacaq.

 

Bir daha Universitet adından Sizi nailiyyətinizə görə təbrik edir və gələcək karyeranızda uğurlar arzu edirik.

 

Hörmətlə, Karen Makartur, Qeydiyyat əməliyyatları üzrə direktor Herriot-Vatt Universiteti, Edinburq, Böyük Britaniya"

 

Qeyd edək ki, Sevinc Qafarlı 2013/2014-cü təhsil ili üzrə Azərbaycan ali məktəblərinə I ixtisas qrupu üzrə qəbul imtahanında ən yüksək nəticə göstərən (695 bal) iki tələbədən biridir. O, həmçinin prezident təqaüdünə layiq görülmüşdür.