Xəbərlər
Bakı Ali Neft Məktəbinin bakalavr pilləsinə sənəd qəbulu onlayn aparılacaq
Sabahdan etibarən Bakı Ali Neft Məktəbinin bakalavr səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatı onlayn formada aparılacaq. Tələbə adı qazanmış şəxslər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Bakı Ali Neft Məktəbinə abituriyentlərin qeydiyyatının aparılması üçün aşağdakı sənədlər tələb olunur:
XÜSUSİ QEYD: Qeyd olunan sənədlər skan versiyada sistəmə yüklənməlidir.
☑ Şəxsiyyət vəsiqəsinin surəti
☑ Abituriyentin bakalavr pilləsinə daxil olduğunu təsdiqləyən arayış (DİM-in saytından çıxarış)
☑ Attestatın skan olunmuş surəti
☑ Sağlamlıq haqqında 086 №-li formada arayışın surəti
☑ 3x4 sm ölçüdə rəngli 1 ədəd şəkil (pdf və ya jgp)
☑ Elektron formada tərcümeyi-hal (nümunə əlavə olunur)
☑ Sosial güzəşt kateqoriyasına daxil olan abituriyentlərin müvafiq sənədlərinin (məcburi köçkünlük, əlillik və.s haqda) surəti
☑ Təhsil haqqı ödənişinin qəbzinin surəti
☑ Hərbi biletin surəti və çağırışçı vəsiqəsinin surəti (oğlanlar üçün)
☑ 18 yaşına catmamış abituriyentlərin valideynindən birinin (qəyyumunun) şəxsiyyət vəsiqəsinin surəti (təqaüd kartı üçün)
Əlavə suallar üçün əlaqə nömrəsi: +994 50 843 30 46, +994 50 793 69 64