Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq konfransda ölkəmizi təmsil edir
Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Əli Nuralıyev Səudiyyə Ərəbistanda keçirilən 12-ci Beynəlxalq Neft Texnologiyaları Konfransında ölkəmizi təmsil edir. Builki konfransda dünyanın ən yaxşı 100 tələbəsi iştirak edir.
3 gün davam edən konfrans bu gün öz işini yekunlaşdırır.
Beynəlxalq Neft Mühəndisliyi Konfransı Amerika Neft Geoloqları Birliyi, Avropa Geoloqlar və Mühəndislər Birliyi, Kəşfiyyat Geofiziklər Cəmiyyəti və Neft Mühəndisləri Beynəlxalq Cəmiyyətinin birgə təşəbbüsü ilə keçirilir.
Konfransın məqsədi enerjiyə artan tələbatı ödəmək, sənayenin inkişafını təmin etmək üçün gəncləri bu sahə ilə məşğul olmağa təşviq etməkdir.
Konfrans çərçivəsində təşkil edilən “IPTC Təhsil Həftəsi” proqramında isə tələbələr birlikdə layihə üzərində işləyəcək, şəbəkə, texniki və panel sessiyalarında iştirak edəcəklər.