Xəbərlər
BANM-in tələbələri IELTS imtahanında yüksək nəticə göstəriblər
700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına qəbul olunmuş, Prezident təqaüdçüsü Eltun İbrahimov Ali Məktəbin hazırlıq kursunun yekununda British Council tərəfindən keçirilən IELTS imtahanında yüksək nəticə göstərib. Beləliklə, Ali Məktəbə qəbul olduqda ingilis dili üzrə bilikləri “elementary” səviyyəsində olan Eltun İbrahimov, BANM-də yüksək səviyyədə təşkil olunan ingilis dili üzrə hazırlıqlar nəticəsində IELTS imtahanında 7.0 bal toplamağa nail olub. Bununla da, Eltun İbrahimov keçid balını (6.0) aşaraq növbəti tədris ilində seçdiyi ixtisas üzrə təhsil almaq imkanını qazanıb.
Xatırladaq ki, BANM-ə daxil olan tələbələrə 1-ci il ərzində intensiv şəkildə ingilis dili, kompüter və informasiya-kommunikasiya texnologiyaları tədris edilir. Hazırlıq kursunun sonunda tələbələr British Council tərəfindən təşkil olunan IELTS imtahanından keçid balını (6.0) toplayaraq, sonrakı 4 il ərzində ingilis dilində seçdikləri ixtisas üzrə təhsillərini davam etdirirlər.
Qeyd edək ki, Eltun İbrahimovla bərabər, Rauf Mahmudzadə ( 7.5), Tofiq Şəkinskiy (7.0), Sultan Məhərrəmli (7.0), Güllü Əhmədova (7.0), Lamiyə Eyvazova (7.0), Çingiz Məmmədli (7.0), Mustafa Hacıyev (7.0), Mehdi Haqverdiyev (7.0), Məhəmməd Əliyev ( 7.0) də yüksək nəticə göstərərək fərqləniblər.