Xəbərlər

Prezident təqaüdçüsü : Ən böyük arzum peşəkar mütəxəssis kimi Vətənimizə xeyirli övlad olmaqdır

             Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Aygün Hüseynovadır. O, 677.1 balla “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub.  Aygün Hüseynova 2002-ci ildə Siyəzən rayonunda anadan olub. Siyəzən rayonu, C. Cabbarlı adına 1 saylı tam orta məktəbi bitirən Aygün Hüseynova dəfələrlə “İlin ən yaxşı şagirdi” seçilib.

 

  • Qəbul imtahanını necə xatırlayırsız?

         Bir çox tələbədən fərqli olaraq qəbul imtahanlarında həyəcanlı deyildim. Bir qədər stress var idi, o da suallara nəzər yetirəndən sonra keçdi.

 

  • Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?

           Ümumi götürsək texnoloji mühitdə baş verən ən son yenilikləri hər zaman izləyirəm. Bu sahə daim dinamik inkişaf edir və özündə yenilikləri birləşdirir. Hər zaman texnologiyalara, bu sahədəki tendensiyalara böyük marağım olub. Ona görə də, məhz “İnformasiya təhlükəsizliyi” ixtisasını seçdim.

 

  • Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?

             Ali Məktəb haqda daha çox internet resurslarından və sosial şəbəkələrdən məlumatlar alırdım. Əldə etdiyim məlumatlar sayəsində ölkənin ən yaxşı ali təhsil müəssisəsi olduğunu öyrəndim.

 

  • Niyə məhz BANM-i seçdiniz?

             Əvvəldə də qeyd etdiyim kimi ölkənin ən yaxşı ali təhsil müəssisəsi olduğu üçün Bakı Ali Neft Məktəbini seçdim. Bu Ali Məktəbdə təhsil almaq istiqamətindəki hədəfimə nail olmağa isə imtahanlara məsuliyyətlə və məqsədli şəkildə hazırlaşmağım kifayət etdi.

 

  • Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiniz?

            Ailəmin dəstəyi danılmazdır. BANM-lə bağlı seçimimdə ailəm məni dəstəklədi. Bu məni çox sevindirir.

 

  • Ən böyük arzunuz?

            Ən böyük arzum təhsilimi bitirdikdən sonra peşəkar mütəxəssis kimi Vətənimizə xeyirli övlad olmaqdır.

 

  • Hobbiləriniz nədir?

            Musiqi dinləmək və mütaliə etmək ən böyük hobbimdir.

 

  • Daha çox hansı janrda kitablar oxumağı sevirsiniz?

             Daha çox dram və fantastik janrda kitablar oxumağı sevirəm. Türkiyədən Emre Tavuz adlı yazarın əsərlərini çox bəyənirəm.

 

  • BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?

             Bakalavr təhsilimdən sonra magistr təhsilimi də məhz Bakı Ali Neft Məktəbində davam etdirməyi düşünürəm.