Xəbərlər
BANM tələbələri Birinci Avropa Oyunlarında könüllü olacaqlar
Bakı Ali Neft Məktəbində könüllülük fəaliyyəti ilə bağlı təlim keçirilib. Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinini rəisi və BANM Həmkarlar İttifaqının sədri Həbibə Sadıqlı çıxış edərək, tələbələrə könüllülük fəaliyyəti ilə bağlı danışıb, onlara bu istiqamətdə fəaliyyətlərində öz məsləhətlərini verib.
Bakı Ali Neft Məktəbinin Tələbə Həmkarlar İttifaqının sədri Rəvan Adilov tələbələrə Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən söz açıb. O, gənclər təşkilatları və onlarda könüllülük əsaslarla iştirak imkanları ilə bağlı məlumat verib və tələbələrin suallarını cavablandırıb.
Təlimdə, həmcinin, "Bakı-2015" Birinci Avropa Oyunlarında könüllü kimi iştirak edəcək BANM tələbələri öz fəaliyyətləri barədə ətraflı məlumat veriblər.