Xəbərlər
BANM-də Heydər Əliyev: Fenomen şəxsiyyət və xarizmatik lider mövzusunda konfrans keçirilib
Bakı Ali Neft Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin Respublika Elmi Konfransları çərçivəsində “Heydər Əliyev: Fenomen şəxsiyyət və xarizmatik lider” mövzusunda konfrans keçirilmişdir. Konfransda Ali Məktəbin müxtəlif ixtisasları üzrə təhsil alan tələbələri Ümumilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əldə edilməsində rolu, onun yürütdüyü neft diplomatiyası, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fəaliyyəti və ordu quruculuğu kimi mövzular barəsində maraqlı təqdimatlarla çıxış ediblər. Təqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər konfransların 19 aprel tarixində baş tutacaq Bağlanış mərasimi zamanı Bakı Ali Neft Məktəbinin sertifikatları və Ali Məktəbin partnyor şirkətləri tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.
Xatırladaq ki, ulu öndər Heydər Əliyevin şəxsiyyətinə olan dərin hörmət və ehtiramın təzahürü olaraq Baki Ali Neft Məktəbində Ümummilli liderin anadan olmasının ildönümünə həsr olunan tələbələrin elmi konfranslarının keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Bu il ilk dəfə olaraq konfranslar hər biri çoxsaylı bölmələrdən ibarət üç geniş başlıq altında - Kimya və kimya mühəndisliyində perspektivlər, Keyfiyyətli enerji, keyfiyyətli xidmət və Yüksək texnologiyalar- innovativ tətbiqlər mövzuları çərçivəsində təşkil olunur. Ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin tələbələri də konfransda iştirak edirlər. Konfransların keçirilməsində məqsəd tələbələri elmi-tədqiqata həvəsləndirmək və bu sahədə onların bilik, bacarıq və yaradıcılıqlarını nümayiş etdirə bilmələri üçün müvafiq platforma formalaşdırmaqdır. Tələbələrə Azərbaycan, ingilis və rus dillərində təqdimatar etmək imkanı yaradılır. Ali Məktəblə əməkdaşlıq edən yerli və transmilli şirkətlər isə yekunda qalibləri şirkətlərin korporativ hədiyyələri ilə mükafatlandırır ki, bu da öz növbəsində tələbələri elmi-tədqiqata və bu tipli tədbirlərdə daha fəal iştiraka həvəsləndirmiş olur.