Xəbərlər

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Bakı Ali Neft Məktəbində seminar keçirdi

        Bakı Ali Neft Məktəbində mütəmadi olaraq tələbələrdə biznesin idarə edilməsi və liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif seminar və təlimlər təşkil edilir. Belə seminarlardan biri də BANM 5-ci kurs və magistr tələbələri üçün Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli tərəfindən keçirildi. Mətin Kərimli, layihələrin idarə olunması, beynəlxalq əlaqələr, siyasi analiz və ictimaiyyətlə əlaqələr sahəsində təhsil və iş təcrübəsi olan və Harvard Kennedy məktəbinin "Dövlət idarəçiliyi" proqramı üzrə magistr dərəcəsi almış yüksək vəzifəli dövlət qulluqçusudur.

           

       Seminarın əsas məqsədi iştirakçıların gələcəkdə daha effektiv və bacarıqlı lider olmaları üçün ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi idi. Mətin Kərimlinin təqdimatı liderlik praktikası, liderlik nəzəriyyəsi, şəxsiyyət ilə bağlı davranışlar və 21-ci əsrdə liderlər üçün əsas bacarıqlar kimi 4 əsas komponenti özündə əhatə edirdi. İnteraktiv sessiya danışıqların aparılması, əməkdaşlıqların qurulması, komandanın formalaşdırılması kimi bacarıqları tələbələrin tam dolğun anlamaları və bu mövzuda nəzəri və praktiki biliklər əldə etmələri üçün xüsusi olaraq hazırlanmışdır.

 

        Seminar sual-cavab sessiyası ilə sona çatdı. Sonda, tələbələr özünü qiymətləndirmə testində iştirak etdilər. Seminarda iştirak edən hər bir tələbəyə sertifikat verildi.