Xəbərlər

Bakı Ali Neft Məktəbində İstanbul Aydın Universitetinin rəhbərliyilə görüş keçirilib

       Bakı Ali Neft Məktəbində (BANM) İstanbul Aydın Universitetinin prezidenti Mustafa Aydın və onun rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib.

 

      Görüş zamanı BANM-ın rektoru Elmar Qasımov cənab Mustafa Aydın və onun nümayəndə heyətini BANM-da salamlayıb və Ali Məktəbin tələbələri, uğurları, yenilikləri haqqında məlumat verib.

 

        İstanbul Aydın Universitetinin rəhbəri Ali Məktəbi möhtəşəm kampus və yüksək ballı tələbələri olduğu üçün təbrik edib. Daha sonra cənab Mustafa Aydın qurucusu olduğu Avrasiya Universitetlər Birliyinin (EURAS) fəaliyyəti və onun gördüyü işlər haqqında danışıb. Bakı Ali  Neft Məktəbinin də üzvü olduğu birliyin növbəti beynəlxalq sərgisindən danışan Mustafa Aydın Bakı Ali Neft Məktəbilə birgə  Azərbaycan təhsilinin dünyada tanıdılması istiqamətində işlər görməyə hazır olduğunu bildirib. O Ali Məktəbi hər il minlərlə dünya universitetlərinin qatıldığı və Şimalı Amerikada təşkil olunan NAFSA və digər təhsil sərgilərinə qatılmağa dəvət edib.  

 

         Görüş zamanı həmçinin universitetlər arası münasibətlərin inkişaf etdirilməsi, tələbə mübadilə proqramlarının işlənməsi və reallaşdırılması istiqamətində müzakirələr aparılıb.Tərəflər arasında həmçinin Azərbaycanı təhsil sektoru üzrə cazibə mərkəzi halına gətirmək, BANM-da beynəlxalq tələbə sayını artırmaq kimi məsələlərdən danışılıb.

 

         Nümayəndə heyəti BANM-ın kampusuna da tur edib və cənab Mustafa Aydın tələbələr, onların kampus həyatı ilə maraqlanıb.