Xəbərlər

Bakı Ali Neft Məktəbinin tələbələri SOCAR-ın Gürcüstandakı Baş ofisinə səfər ediblər

         Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tələbələri və Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Süleyman Süleymanzadə SOCAR-ın Gürcüstandakı Baş ofisinə səfər ediblər. Səfər zamanı tələbələr şirkətin ofisi ilə yaxından tanış olublar.

 

        Səfər zamanı həmçinin “SOCAR Georgia Gas” MMC-nin direktoru Azər Məmmədov, “SOCAR Energy Georgia” MMC-nin Baş direktorunun maliyyə işləri üzrə müavini  Sənan Məmmədov və Maliyyə Riskləri Departamentinin rəisi Vuqar Abdullayevlə və digər məsul əməkdaşları ilə görüş keçirilmişdir. Görüş zamanı SOCAR-ın Gürcüstandakı geniş fəaliyyətindən danışılmış və SOCAR-ın bu ölkənin infrastrukturunda olan rolundan, həyata keçirilən layihələrdən, yeni innovativ texnologiyalardan bəhs edən prezentasiya təqdim edilmişdir.

 

        Görüşdə iştirak edən Ali Məktəbin 11 tələbəsi SOCAR-ın Gürcüstandakı fəaliyyətinə dair müxtəlif suallar səsləndirmiş və müzakirələr etmişlər.