Xəbərlər
BANM HİK-in sədri Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri HİGŞ-ın sədri seçilib
Bakı Ali Neft Məktəbinin (BANM) Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri və BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı açıq səsvermə nəticəsində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Gənclər Şurasının sədri seçilib. Sədrlə yanaşı, Gənclər Şurasına 3 sədr müavini olmaqla 11 nəfərdən ibarət rəyasət heyəti və 37 gənc üzv seçilib. Eyni zamanda, BANM-in Kompüter və İKT kafedrasının müəllimi Abbas Əlili Gənclər Şurasının Beynəlxalq əlaqələr komissiyasına üzv seçilib.
Qeyd edək ki, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Gənclər Şurasının fəaliyyətinin əsas istiqaməti Neft-qaz sənayesində çalışan gənc işçilərin hüquqlarının təmin olunmasına, sosial müdafiəsinə və asudə vaxtlarının səmərəli təşkilinə yönəlib.