Xəbərlər

Bakı Ali Neft Məktəbində BHOS Math Cup yarışması keçirildi

          Bakı Ali Neft Məktəbində (BANM) “BHOS Math Club” (BANM Riyaziyyatçılar Klubu) tərəfindən Ali Məktəbin 7-ci ildönümünə həsr olunmuş "BHOS Math Cup" riyaziyyat yarışması təşkil olunub. Yarışmanın daha bir məqsədi isə gələn il universitetlərarası Riyaziyyat Kubokunda BANM-ı təmsil edəcək komandaların seçilməsi olub. Yarışmada 18 komanda olmaqla Ali Məktəbin 72 tələbəsi iştirak edib.

 

         Riyaziyyat yarışmasında klubun idarə heyəti, Ali Məktəbin baş müəllimi Tural Abdullayev və dosenti Nailə Allahverdiyeva tərəfindən hazırlanmış ali riyaziyyata və məntiqə əsaslanan suallar istifadə edilib.

 

         Yarışmada BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kurs tələbələri - Ramil Hüseynov, Kamran Alcanov, Aysu Həmidli,Tərlan Əhədli və onların  EXTREMA adlı komandası qalib gəlib.

 

         Ali Məktəbin IV kurs tələbələrindən ibarət FunToMath komandası 2-ci, II və III kurs tələbələrindən ibarət SynergyMath komandası 3-cü, I kurs tələbələrindən ibarət Mathematical Brainstorm komandası isə 4-cü yeri qazanıb.

 

          Qaliblər mükafat və sertifikatla təltif olunublar.