Xəbərlər

Bakı Ali Neft Məktəbinin prorektorunun məşhur jurnalda elmi məqaləsi böyük marağa səbəb olub

        Bakı Ali Neft Məktəbinin prorektoru, Yer elmləri üzrə fəlsəfə doktoru Oktay Rzayevin “Journal of Geoscience and Environment Protection” (“Geologiya və ətraf mühitin qorunması”) adlı jurnalda elmi məqaləsi dərc olunub. “Aktiv geotektonik zonada yerləşən Ermənistan Atom Elektrik Stansiyası region ölkələri üçün real təhlükə mənbəyi kimi” adlı məqalə jurnalın bütün dünyadan olan onlayn abunəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Bu haqda   jurnalın redaksiyasından Yavonne Zhang bildirib.  O prorektora məktubunda bu günə qədər məqalənin 1,169 nəfər tərəfindən  yükləndiyini, 1,584 nəfər tərəfindən isə baxıldığını bildirib və Oktay Rzayevə verdiyi  töhfə və böyük  işi üçün dərindən təşəkkür edib.

 

         Biz də BANM ailəsi adından prorektor Oktay Rzayevi ürəkdən təbrik edir və gələcəl akademik fəaliyyətində uğurlar arzu edirik.