Xəbərlər

İsveçrənin dövlət katibi Bakı Ali Neft Məktəbindəki təəssüratları haqda məktub yazdı

        İsveçrənin Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibi Mauro Dell Ambrogi Bakı Ali Neft Məktəbində olarkən Ali Məktəbin onda yaratdığı təəssüratlarını paylaşmaq üçün rektor Elmar Qasımova məktub ünvanlayıb. Məktubda deyilir:

 

        Hörmətli cənab Elmar Qasımov,

 

         Bakı Ali Neft Məktəbində bizə göstərdiyiniz qonaqpərvərliyə və 30 oktyabr 2018-ci il tarixində paylaşdığımız müzakirələr üçün Sizə təşəkkür edirəm. Sizinlə fikir mübadiləmizi, eləcə də konstruktiv və açıq atmosferi olan görüşümüzü çox yüksək qiymətləndirirəm.

 

         Universitetin tələbələr üçün hazırladığı infrastrukturdan və çox qısa müddətdə universitetinizin  Azərbaycanın ən iddialı və bacarıqlı tələbələrinin diqqətini çəkməyə  nail ola bilməsindən çox təsirləndim. İsveçrənin ABB şirkəti ilə qurulan laboratoriyada bu tələbələrin bəziləri ilə birbaşa ünsiyyət mübadiləsi lap xoşuma gəldi. Ümid edirəm ki, ABB ilə bu əməkdaşlığınız İsveçrədən olan partnyorlarla daha yaxın və sıx əməkdaşlıq üçün bir başlanğıc nöqtəsi olacaq.  Sizə olan çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Hörmətlə,

Mauro Dell Ambrogio

Dövlət Katibi

 

Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibliyi