Xəbərlər

Şahdağ silsiləsində yerləşən Heydər zirvəsinə yürüşlər keçirilib

1-10 may tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Quba rayonunda, Qızıl Qaya silsiləsində, Heydər zirvəsinə (3751 m) kütləvi yürüş (alpiniada) keçirilir. Artıq ənənəyə çevrilmiş bu yürüşdə Respublikanın müxtəlif təşkilatları, idman klubları, ali və orta təhsil ocaqları, güc strukturları və bir çox özəl və ictimai təşkilatları ilə birgə Bakı Ali Neft Məktəbinin tələbələri və əməkdaşları da iştirak ediblər.