Konfrans
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş: “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru" Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransı
15-17 aprel 2024-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd olunması ilə bağlı “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru" Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransı keçirilib.
Konfransa aşağıda qeyd olunan 2 bölmə üzrə 111 tezis qəbul olunub.
|
Konfransın bölmələri |
Bölmələr üzrə məruzə sayı |
|
Ekoloji problemlərin innovativ həlləri |
74 |
|
Dayanıqlı gələcək üçün qabaqcıl materiallar |
37 |
Təhsil səviyyələri üzrə konfransda iştirak etmiş gənc tədqiqatçıların statistikasına əsasən 0,21% doktorantura, 0,18% magistratura, 0,60% isə bakalavr səviyyəsində təhsil alan tələbələr təşkil edib.
|
Bakalavr Tələbəsi |
Magistratura Tələbəsi |
Doktorantura Tələbəsi |
“Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru" |
36 % |
12 % |
53 % |
Konfrans üzrə aşağıdakı müəssisələrin tələbələri 1-ci, 2-ci və 3-cü yerlərin sahibi olub.
№ |
Təhsil müəssisəsi |
1 |
Bakı Ali Neft Məktəbi |
2 |
ARETN-nin Neft-Kimya Prosesləri İnstitutu |
3 |
ARETN-nin Kataliz və Qeyri-üzvi Kimya İnstitutu |
4 |
ARETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu |
5 |
ARETN-nin Geologiya və Geofizika İnstitutu |
6 |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
7 |
Xəzər Universiteti |
8 |
AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi |
9 |
Bakı Dövlət Universiteti |
10 |
Azərbaycan Texniki Universiteti |
11 |
ARETN İnformasiya Texnologiyaları İnstitutu |
12 |
Almetyevsk Dövlət Neft İnstitutu ( Rusiya) |
13 |
İzmir Katib Çələbi Universiteti ( Türkiyə) |
14 |
Kral Fəhd Neft və Minerallar Universiteti (Səudiyyə Ərəbistanı) |
Konfrans üzrə qaliblərin sayı:
1-ci yer - 7 nəfər
2-ci yer - 12 nəfər
3-cü yer - 6 nəfər
həvəsləndirici - 8 nəfər
Konfransda tələbələrin çıxışlarının qiymətləndirilməsi aşağıda adları qeyd olunan müəssisələrin nümayəndələri tərəfindən aparılıb: “SOCAR Midstream”, “SOCAR Upstream”, “SOCAR AQŞ”, ARETN-nin Aşqarlar Kimyası İnstitutu, ARETN-nin Neft-Kimya Prosesləri İnstitutu, ARETN-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti.
Konfranslarda tələbələrə “SOCAR Midstream”, “SOCAR Downstream”, “SOCAR Polymer”, “SOCAR Upstream” və “Maire Tecnimont Group” hədiyyələr təqdim etməklə dəstək göstərib.