Konfrans
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş 2-ci tələbə elmi-texniki konfransı
BANM-də 23.05.2014-cü il tarixində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş” 2-ci tələbə elmi-texniki konfrans təşkil olunub. Konfransda 41 tələbə iştirak etmişdir. Tələbələrin təqdim etdikləri məruzələr konfransın “Reports theses” məruzələr toplusunda nəşr olunub. Konfransın Plenar iclasında 5 seçilmiş tələbənin məruzəsi dinlənilmiş və daha sonra “Neft-qaz və Kimya Mühəndisliyi”, “Fizika və Riyaziyyat ” və «İnformasiya və Kommunikasiya Texnologiyaları” bölmələrində tələbələrin məruzələri təqdim olunub. Konfransda maraqlı məruzələr təqdim etmiş tələbələrə BP, Statoil, Total, Schneider Electric, Schlumberger, Emerson Process Management, ABB və Avandsis Group şirkətləri tərəfindən həvəsləndirici mükafatlar təqdim olunub.
Mükafatlandırılan tələbələr
“Neft-qaz və Kimya Mühəndisliyi” bölməsi üzrə:
- Aida Sultanova
- Nərmin Cəfərova
- Könül Əlizadə
- Ofeliya Məmmədova
- Həcər Hidayət-zadə
- Aygül Kərimova
“Fizika-Riyaziyyat” bölməsi üzrə:
- Əhməd Qələndərli
- Kamran Əliyev
- Riyad Muradov
- Qurban Orucov
- Fəhmin Hüsüzadə
- Nərmin Abbaslı
“İnformasiya və Kommunikasiya texnologiyaları” bölməsi:
- Kamran Rzayev
- Qulu Quliyev
- Elvin Həsənli
- Emiliya Məmmədova
Proqram
Tarix: 29 mart 2014-cü il
Məkan: Bakı Ali Neft Məktəbi, Bakı, Azərbaycan
İştirakçıların sayı: 41 tələbə