Virtual laboratoriya
Hidrogelin alınması və test edilməsi
Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Bu məsuliyyət yalnız nazirliyin üzərinə düşmür; hər kəs təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunu nəzərə alaraq, biz BANM-ın tələbələri olaraq, bu istiqamətdə araşdırmalar edib uğurlu layihə və məhsul yaratdıq. Əldə etdiyimiz məhsul, sənaye fəaliyyətləri zamanı çirkləndirilmiş suların boyadan və zərərli ağır metallardan təmizlənməsini təmin edir. Laboratoriya şəraitində hazırladığımız hidrogelin istehsal prosesində xammal kimi tullantı plastik butulkalardan istifadə olunub ki, bu da layihəmizin eyni anda bir neçə qlobal problemi həll etdiyinin göstəricisidir.