Kitabxana

Bakı Ali Neft Məktəbinin Kitabxanası akademik kitabxana olaraq müasir tələbləri qarşılamaq üçün bir neçə beynəlxalq informasiya resurslarına abunə olmaqla yanaşı, özünün Açıq Girişli (AG-DSpace) elektron arxivini yaratmışdır. AG elektron arxivlər universitetlər tərəfindən yaradılmış intellektual məhsulları yayan və tədqiqat nəticələrini elm dünyasına, dünya ictimaiyyətinə çatdıran  bir pəncərədir.

Bakı Ali Neft Məktəbi 2014-cü ilin mart ayından “Tədqiqat nəticələrinə Açıq giriş” adlı 2005-ci il Budapeşt bəyannaməsinin də dəstəklədiyi beynəlxalq təşəbbüsə qoşulmuşdur. BANM –in elektron arxivi Kimya mühəndisliyi, Kompüter və İnformasiya Texnologiyaları, Konfrans materialları, İngilis dili və Humanitar kurslar Mərkəzi, Kitabxana, Ömürboyu Təhsil, MBA, Şəxsi səhifə, Neft-qaz mühəndisliyi, Prosesslərin Avtomatlaşdırılması mühəndisliyi, İctimaiyyətlərlə Əlaqələr, Keyfiyyətin Təminatı Şöbəsi, Hesabatlar, Tələbə araşdırma birliyi adlı bölmələrdən ibarətdir.