Xəbərlər
BANM-ın tələbələri İlin ən yaxşı tələbələri seçildilər
Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 1-ci kurs tələbəsi Mahirə Əsədzadə və həmin ixtisasın 2-ci kurs tələbəsi Abdulla Əsgərzadə 25-ci Beynləlxalq Xəzər Neft və Qaz sərgi-konfransında ali məktəbə ən yüksək balla daxil olduqları və uğur əldə etdikləri üçün “İlin ən yaxşı tələbəsi” adına layiq görülüblər. Tələbələr sertifikat və pul mükafatı ilə təltif olunublar.
Qeyd edək ki, hər iki tələbə BANM-a 700 balla daxil olub. Abdulla Əsgərzadə BANM-a qəbul olduqdan sonra qısa bir müddətdə İELTS imtahanından 6.5 bal toplayaraq birbaşa Ali Məktəbin 2-ci kursuna qəbul olunub. Mahirə Əsədzadə isə 2 milyard ton neftin hasilatı ilə bağlı keçirilən böyük tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşısında möhtəşəm çıxışı ilə hər kəsin diqqətini qazanmışdı.