Xəbərlər

BANM-da Avropa Gənclər Parlamentinin 4-cü Universitet Sessiyası keçirilib

            Bakı Ali Neft Məktəbində (BANM) Avropa Gənclər Parlamenti qeyri-hökumət təşkilatının 4-cü Universitet Sessiyası keçirilib. Sessiya Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş  sessiyanın açılışı BANM-ın rektoru Elmar Qasımov tərəfindən edilib.


            Qeyd edək ki, Avropa Gənclər Parlamentiqeyri-hökumət təşkilatı olaraq Avropada 1987-ci ildən başlayaraq fəaliyyət göstərir. AGP Azərbaycanda öz rəsmi fəaliyyətinə 2011-ci ildən başlamışdır və bu müddət ərzində keçirdiyi tədbirlər vasitəsilə 500-dən çox savadlı, intellektual gənci öz fəaliyyətinə cəlb edə bilmişdir.