Xəbərlər

BANM-da Fundamental Fənlər Yarışması keçirilib

         Baki Ali Neft Məktəbi Neft Mühəndisləri Cəmiyyəti  Ali Məktəbin yeni kampusunda "Fundamental Fənlər Yarışmas" (Fundamental Subjects Competition) adli tədbir keçirib. Tədbir dünya riyaziyyatçılarının hər il martın 14-də qeyd etdiyi beynəlxalq “Pi Günü”nə həsr edilib.

 

         Yarışmada müxtəlif universitetlərdən olan 20 komanda iştirak edib. Tədbirin keçirilməsində məqsəd tələbələrin öz asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaratmaq və fundamental fənlərin önəmini onlara çatdırmaq olub.

 

         Fizika, Riyaziyyat, və Məntiqi əhatə edən yarışma sualları BANM-ın professoru Siyavuş Azakov və baş müəllim Tural Abdullayev tərəfindən hazirlanib. Yarış boyu səslənən suallar üzərində komandalar işləyərək düzgün cavabları tapmağa çalışıblar. Yarışın nəticələrinə əsasən ilk üç yeri Bakı Ali Neft Məktəbinin komandaları qazanıblar.

 

I yer – “Theory of Responsibility” komandası. Komanda üzvləri: Ramiz Mahmudov, Röya Qədimli, Bəxtiyar Sirinov, Kənan Qocayev

II yer – “ENEMs” komandası. Komanda üzvləri: Nihad Abbasov, Jalə Cəbiyeva, Mirzəxan Əliyev, Nadir Namazov

III yer – “Master Minds” komandası. Komanda üzvləri: Ismət Ağayev, Pərvin Quliyeva, Ilham Marifov, Nigar Əhmədova

 

           Qaliblər sertifikat, kubok və pul mükafatları ilə qiymətləndiriliblər.