Xəbərlər

BANM-ın Elmi Şurasının 2018-ci ildəki ilk iclası keçirilib

          Bakı Ali Neft Məktəbində (BANM) Elmi Şuranın iclası olub. İclasda Ali Məktəbin rektoru, eyni zamanda Elmi Şuranın sədri Elmar Qasımov və  Şura üzvləri BANM-ın fəaliyyətinin cari və strateji məsələlərinin müzakirəsi üçün bir araya gəliblər.

 

           Rektor  Şura üzvlərini salamladıqdan sonra ötən ilin yekunları, nailiyyətləri haqqında  danışıb, daha sonra  gündəmdə olan  məsələləri iştirakçıların nəzərinə çatdırıb.

 

          Görüşdə Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətovun  “BANM-ın akkreditasiya üzrə özünütəhlilin nəticələri haqqında hesabatın müzakirəsi və təsdiqi” barədə məruzəsi dinlənilib.  Daha sonra “Biznesin idarə edilməsi” (MBA) ixtisası üzrə magistr hazırlığının tədris planının təsdiqi, eləcə də “Azərbaycan dili və nitq mədəniyyəti”, “Azərbaycan tarixi”, “Enerji geosiyasəti”, “Mülki müdafiənin və tibbi yardımın əsasları“ və “İntermediate ESOL and Higher ESOL” fənlərinin tədris proqramlarının təsdiqi məsələlərinə baxılıb.

 

           İclasda həmçinin kadr təyinatı və digər məsələlərlə bağlı müxtəlif təqdimatlar və müzakirələr edilib.

 

           Qeyd edək ki, Elmi Şuranın cari ilə aid ilk iclasında müzakirə edilən bütün məsələlər ümumi səsverməyə qoyularaq müvafiq qərarlar qəbul olunub.