Xəbərlər

BANM-ın əməkdaşı SOCAR-ın Fəxri fərmanına layiq görüdü

          Bakı Ali Neft Məktəbinin (BANM) İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi Nuranə Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevin əmri ilə Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif edilib. Fəxri Fərman Ali Məktəbin rektoru Elmar Qasımov tərəfindən təqdim edilib. Rektor Nuranə xanımın 5 ildən çoxdur ki BANM-da çalışdığını və bu dövr ərzində öz karyerasında irəliləyərək şöbə rəisi vəzifəsinə qədər yüksəldiyini bildirib. Elmar Qasımov Nuranə xanımı ürəkdən təbrik edərək, gələcəkdə onun daha böyük nailiyyətlər əldə edə biləcəyindən əmin olduğunu bildirib.