Xəbərlər

Akkreditasiya və Nostrifikasiya İdarəsi BANM-da təqdimat etdi

        Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin məsul əməkdaşları tərəfindən təlim keçirilib. Təlimdə BANM-in rəhbərliyi, professor-müəllim və inzibati heyəti iştirak edib. Akkreditasiya və Nostrifikasiya İdarəsinin böyük mütəxəssisi Anar Nağıyev, aparıcı mütəxəssis Orxan Sultanov və mütəxəssis Lamiyə Pənahova Nazirlər Kabinetinin akkreditasiya qaydaları, ali təhsil müəssisəsinin təhsil hesabatlarının hazırlanması, müəssisənin normativ hüquqi təminatı və s. mövzularda tədbir iştirakçılarına təqdimatlar ediblər.

 

         Qeyd edək ki, təhsil müəssisəsinin akkreditasiyası təhsil prоsesinin təşkilinin, maddi-teхniki bazasının, təhsil prоqramlarının, kadr pоtensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul оlunmuş dövlət standartlarına və digər nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə aparılır. Həmçinin, akkreditasiya təhsil müəssisəsinin statusunun müəyyən edilməsi üçün hüquqi təminat yaradır.