Xəbərlər

BANM-da Layihə İdarəetmə Məktəbinin növbəti modulu keçirilib

       Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin növbəti – “Layihə idarəetməsinin tətbiqi mexanizmləri” adlı modulu keçirilib. Kurs İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin ən profesional təlimçilərindən olan Didier Estibals tərəfindən keçirilib. Təlimdə BANM, SOCAR, BP, Paşa Siğorta, Atlantic Waves Solutions, Pasha Holding, Pasha Life Insurance kimi şirkətlərin nümayəndələri iştirak ediblər. 4 gün davam edən təlimdə iştirakçılar indiyədək keçdikləri modullardan əldə etdikəri bilik və təcrübəni real layihə nümunəsi üzərində çalışaraq tətbiq ediblər, layihənin iş həcminin, keyfiyyətinin, vaxtının, xərcinin, riskinin, insan qaynaqlarının, kommunikasiyasının idarəçiliyi üzrə müzakirələr, hesablamalar aparıblar.

 

       Qeyd edək ki, dövlət və özəl sektorda çalışan şirkətlərin böyük marağına səbəb olan Layihə İdarəetmə Məktəbi iştirakçılara Layihə Menecmentinin dərinliklərini öyrədir və sonda proqramı uğurla başa vuranları ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Sertifikatı ilə təltif edir.