Xəbərlər

Bakı Ali Neft Məktəbi 2017-ci ilin ən yaxşı ali təhsil müəssisəsi oldu

        Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ili böyük uğur və yüksək nəticələrlə başa vurur.

 

       “Azərbaycan Universitetləri” facebook səhifəsinin ölkədə fəaliyyət göstərən universitetlər arasında apardığı araşdırmaya, həmçinin onun üzvləri və tələbələr arasında  keçirdiyi sorğulara əsasən BANM ilin ən yaxşı ali təhsil müəssisəsi seçilib. Araşdırma və seçim zamanı aşağıdakı kriteriyalar nəzərə alınıb.

  • BANM maddi texniki baza və sosial infrastruktur nöqteyi nəzərindən bütün universitetlərdən öndədir. Belə ki, 2017-ci ilin 1 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ən müasir texnologiyalarla təchiz olunmuş labaratoriya və auditoriyalar, müasir standartlara cavab verən idman – sağlamlıq kompleksi, yeni tələbə evi binalarını özündə birləşdirən Ali Məktəbin yeni kampusunun açılışını edib. Cənab Prezident həmçinin, açılış mərasimdə Ali Məktəbin fəaliyyətini çox yüksək qiymətləndirdiyini bildirib.

 

  • Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblər üzrə qəbulun nəticələrinə görə ən yüksək keçid balı – 679 bal məhz BANM-a məxsusdur.

 

  • Ali Məktəbdə mövcud olan 3 ixtisas – Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə ilk turdan 100 faiz qəbul həyata keçirilib.

 

  • BANM-ın ölkənin ən yüksək keçid balına malik olan Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında qəbul imtahanının nəticələrinə görə minimal bal - 685 bal olub. Qeyd edək ki, 2017-ci il Dövlət İmtahan Mərkəzinin açıqladığı göstəricilərə əsasən bu ixtisas ölkədə “İlin ixtisası” adını qazanıb.

 

  • Bu ilki nəticələrə əsasən, I qrup üzrə imtahan verən abituriyentlərdən 7 nəfər 700 bal toplayıb. Maraqlıdır ki, onların hamısı BANM-ı seçiblər.

 

  •  I qrup üzrə Prezident təqaüdçülərinin sayına görə rekord  göstərici məhz BANM-a məxsusdur, bu il Ali Məktəbə 24 nəfər Prezident təqüdçüsü daxil olub.

 

  • 2017-ci il BANM-ın ilk məzunlarının buraxılışı olub və həmin məzunların 94%-i artıq işlə təmin olunub. Qalan 6% isə ABŞ, Avropanın, eləcə doğma Azərbaycanın aparıcı universitetlərində magistratura və PhD pilləsində təhsillərini davam etdirirlər.

       

  6 illik fəaliyyəti ilə bu cür göstəricilərə sahib olmaq bir ali təhsil müəssisəsi üçün böyük nəticədir.