Xəbərlər
STRATEX şirkətinin nümayəndəsi BANM-də
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın “Twenty Eighty Strategy Execution” (STRATEX) şirkətinin Biznesin inkişafı üzrə meneceri Ed Hyuzu qəbul edib. Tədbirdə həmçinin Layihələri İdarəetmə Məktəbinin Proqram meneceri Nərmin Əhmədova iştirak edib.
Görüşün əsas məqsədi Layihələri İdarəetmə Məktəbinin yeni - “Stream 18” qrupunun gələcək təlimlərinin detallı müzakirəsi olub.
Görüş zamanı rektor Elmar Qasımov Ed Hyuzla gələcək əməkdaşlıq perspektivləri haqda müzakirələr edib, BANM-də STRATEX şirkətinin xidmət portfoliosuna daxil olan yeni sahələrin tədrisi ilə bağlı təkliflərlə çıxış edib.
Qeyd edək ki, BANM STRATEX şirkətilə Layihələri İdarəetmə Məktəbi layihəsi çərçivəsində əməkdaşlıq edir ki, burada proqramı uğurla başa vuran iştirakçılar ABŞ-ın Corc Vaşinqton universitetinin magistr sertifikatl ilə təmin edilir. Layihələrin İdarə Edilməsi, Risklərin İdarə Edilməsi, Qrafik və Xərclərə Nəzarət və s. kimi 7 əsas kurslardan ibarət olan 10-12 ay davam edən bu proqram STRATEX şirkətinin ixtisaslı təlimçiləri tərəfindən ingilis dilində aparılır.