Xəbərlər

BANM-in tələbələri təbii fəlakətlər zamanı ilk tibbi yardımlar haqda prezentasiya ediblər

Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya Mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri təbii fəlakətkər baş verən an və ondan sonrakı zamanda insanlara göstərilə biləcək tibbi yardımlar haqqında təqdimatlar hazırlayaraq bu mövzuda seminar təşkil ediblər. BANM-in “Kimya mühəndisliyi” kafedrasının professoru, Azərbaycan Respublikası Dövlət Hərbi Hospitalının rəisi Kənan Yusifzadənin rəhbərliyi ilə keçirilən seminarda hər birində 5 tələbə olmaqla 8 qrup iştirak edib. Seminarın əsas məqsədi tələbələrdə təbii fəlakətlər zamanı ətraf mühitdə və sənayedə baş verən qəzalarda insan sağlamlığına dəyə biləcək zərərin aradan qaldırılması yollarının araşdırılıb tətbiq edilməsini formalaşdırmaq olub. Seminar zamanı Azərbaycanda baş verən sel və daşqınlar, zəlzələ, Yaponiyada baş vermiş zəlzələ və sunami, Əfqanıstanda qar uçqunu və digər mümkün təbii fəlakətlər zamanı ilk tibbi yardım biliklərinin necə və hansı şəraitdə tətbiq olunmasına dair təqdimatlar olub, tələbələr nümunəvi ssenarilər əsasında  baş verə biləcək plansız qəzalara qarşı ilk tibbi yardım reaksiyalarının paylaşıblar. Təqdimatlar zamanı Ali Məktəbin tələbələri ““Mülki müdafiə və tibbi yardımın əsasları” fənni üzrə öyrəndikləri biliklərə əsaslanıblar.