Xəbərlər
Bakı Ali Neft Məktəbində Halloween party keçirilib
Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı - Keltlərin adətləri əsasında yaranmış “Halloween” bayramı artıq neçə illərdir ki Azərbaycanda da keçirilir. Ali məktəbin tələbələri bu ilki tədbirdə “Ən yaxşı Halloween kostyumu” müsabiqəsi keçiriblər. Tədbirin əsas məqsədi bu bayramın qeyri adi, gülməli, qorxulu və kreativ “Halloween” geyimini seçmək olub. Tələbələr müsabiqənin keçirilməsində xoşagəlməz maraqların təbliğ olunmasına yol verilməyən geyimlərin olması kimi bir sıra tələb və qadağalar tətbiq ediblər. Müsabiqə dostluq şəraitində keçərək hər qrupdan 1 nəfərin təmsil olunması ilə baş tutub. Şərtlərə əsasən qalib gələn geyimin sahibi öz komandası ilə birgə ingilis dilində kinoya baxa bilmək üçün bilet qazanıb. Tədbir maraqlı geyim kompozisiyaları ilə zəngin olub. Bayram zamanı tələbələr arasında bir neçə başqa yarışlar da keçirilib və qaliblər müxtəlif əlavə dərs kitabları və ingilis dilli video materiallar əldə ediblər.