Xəbərlər

Bakı Ali Neft Məktəbində Nə? Harada? Nə zaman?

               Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunda 18 oktyabr Azərbaycan Dövlət  Müstəqilliyi Gününə həsr edilmiş Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. “Libertatem” -  yəni  “Azadlıq” turniri adlandırılaraq  həyata keçirilən bu dəfəki oyunda Azərbaycanın dörd ali təhsil müəssisəsinin komandaları iştirak edib.  "Maqnat" Intellektual Oyunlar Klubu və  “Bakı Ali Neft Məktəbi” İntellektual Oyunlar Klubunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən oyunda Dövlət Gömrük Komitəsi Akademiyası da iştirak edərək, ümumi 24 komanda mübarizə aparıb. Qeyd edək ki, "Maqnat" Intellektual Oyunlar Klubu  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  və Azərbaycan – Fransız Universitetini özündə birləşdirir.

 

              Turniri giriş sözü ilə Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin metodisti Rahib İsmayılov açıb və turnir iştirakçılarını BANM-in  rektoru cənab Elmar Qasımovun adından salamlayaraq bütün iştirakçılara uğurlar diləyib.

 

             Oyundan qabaq  tələbələr BANM-in yeni kampusu ilə tanış olublar, sonra isə oyun arası fasilədə bir-birilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. 36 suallıq gərgin mübarizədə tələblər öz biliklərini nümayiş etdiriblər.

 

             Yarışın sonunda qaliblər kubok və medallarla təltif olunub.