Xəbərlər

BANM-də Layihə İdarəetmə Məktəbinin dərsləri uğurla davam edir.

          Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı, BP  və onun tərəfdaşlarının  sponsorluğu və TwentyEighty Strategy Execution  (STRATEX ) şirkətinin texniki dəstəyi ilə həyata keçirilən və  ABŞ-ın  Corc Vaşinqton Universitetinin Magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbinin növbəti  “Layihəyə Rəhbərlik, Menecment və Kommunikasiya” modulu 6-8 oktyabr 2017-ci il tarixlərində keçirilib. Təlim İngiltərənin Stratex şirkətinin peşəkar təlimçisi Piter Onil tərəfindən aparılıb. O bu kursda məhsuldarlığı yüksəltmək üçün motivasiedici dəyərlər sistemini, liderlikdə biznes və şəxsi etikanın rolunu, liderlik strategiyalarını, Liderliyin İnkişafı Planı kimi maraqlı mövzuları iştirakçılara mənimsədib. Qeyd edək ki, Piter Onil Layihələrin İdarə edilməsi üzrə 25 ildən çox təcrübəyə malik olan beynəlxaq yazıçı və təlimçidir. Piter BP-nin Qlobal Proyektlər İnstitutunda da çalışır və vaxtının 50%-dən çoxunu kouçinq və təlimlərə sərf edir. O son 10 ildə Avropa,Yaxın Şərq, Afrika regionlarında iri dövlət proqramlarını həyata keçirmiş  və BP, Unilever, Nasdaq və bir çox iri şirkətlərin daxili proqramları üzərində işləmişdir.

 

         BANM-in rektoru Elmar Qasımov təlimlərin gedişatı ilə maraqlanmaq üçün, Piter Onil ilə görüşmüş,  ona səmimi ürək sözlərini çatdırmış və işlərində uğurlar arzulamışdır.