Xəbərlər

Tatarıstanlı qonaqlar Bakı Ali Neft Məktəbi haqqında danışdılar

          Bir müddət öncə Bakı Ali Neft Məktəbinə (BANM) Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC) və Almetyevsk Dövlət Neft İnstitutunun (ADNİ) nümayəndə heyəti səfər edib. Görüşün məqsədi BANM-in uğurlu təcrübəsi ilə tanış olmaq və ADNİ-nun bazasında Rusiyadakı aparıcı neft institutlarını yaratmaqdır. BANM-lə tanış olduqdan sonra Tatarıstanlı qonaqlar Ali Məktəb haqqında təəssüratlarını bölüşdülər.

 

          “Tatneft” PSC-nin Kadr və sosial inkişafı üzrə baş direktorunun müavini Rüstəm Muhamadeyev:

          “Bakı Ali Neft Məktəbi – regionun aparıcı təhsil ocağlarından biridir. Ali Məktəbin rəhbərliyi 5 il ərzində - müəllim və əməkdaşlardan ibarət peşəkar komandanın yığılması, Böyük Britaniyanın Heriot Vatt universiteti və eyni zamanda çoxlu sayda xarici şirkətlər və universitetlərlə  əməkdaşlığın yaradılması, ən qabaqcıl abituriyentlərin cəlb olunması, hər bir infrastruktura malik müasir kampusun inşa edilməsi, müxtəlif transmilli şirkətlərdə işlə təmin olunmuş ilk mütəxəssisləriniz məzun olması kimi böyük nailiyyətlər əldə etmişdir. Bu gün BANM-in ingilisdilli məzunları Avropa və ABŞ-ın mütəxəssisləri ilə rəqabətə hazırdır. “Tatneft” PSC Ali Məktəbin təcrübəsindən yararlanmaq və Almetyevsk Dövlət Neft İnstitutunu Rusiyanın qabaqcıl ali təhsil ocağına çevirmək niyyətindədir. Düşünürəm ki buna nail olacağıq”.

 

          Almetyevsk Dövlət Neft İnstitutunun rektoru vəzifəsini icra edən Robert Nurqaliyev:

          “Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Almetyevsk Dövlət Neft İnistutunun (ADNİ) neft-qaz sahəsində ingilisdili, nüfuzlu Rusiya ali məktəblərinin səviyyəsinə çatdırmaq vəzifəsini bizə tapşırdı. Vurğulamaq istəyirəm ki, ADNİ öz qapılarını keçən əsrin 60-cı illərindən açıb. Ötən 50 ildən çox bir müddətdə ADNİ “Tatneft” PSC həmçinin də regionun digər aparıcı şirkətləri üçün keyfiyyətli təhsil ilə yüksək ixtisaslı kadrlar hazırlayan baza rolunu oynayıb. Bu gün biz ADNİ məzunlarının neft-qaz sahəsində Avropa mütəxəssislərlə professional rəqabət aparacaq güclü bir ali məktəbə çevirmək niyyətindəyik. Bu məqsədlə Tatarıstan höküməti, Respublikamızın Təhsil Nazirliyi, “Tatneft” PSC və PwC beynəlxalq audit şirkəti ali məktəbin yeni strategiyasının üzərində işləyir. Bunun üçün bizə BANM-in olduqca qısa bir müddətdə nəinki Azərbaycanda, eləcə də bütünlükdə regionun ən nüfuzlu ali məktəblərindən birinə çevrilməsi təcrübəsi yaxşı nümunədir. Bizə məlumdur ki, BANM-də təhsil alan gənclər qəbul imtahanlarında ən yüksək bal toplayıblar. Onlara təqaüd verilir, Azərbaycanın və dünyanın aparıcı şirkətlərində təcrübə keçirlər və təhsildən sonra uğurla öz ölkələrində və xaricdə ən yaxşı şirkətlərə seçilmək imkanı qazanırlar. Biz bu qiymətli təcrübədən yararlanaraq ADNİ Tatarıstanın ən yaxşı institutlarından birinə çevirmək istəyirik».