Xəbərlər
Bakı Ali Neft Məktəbində Dövlət Attestasiyası uğurla başa çatıb
Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə 5-ci kursda təhsil alan 54 və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 48 tələbəsi Attestasiya Komissiyasında buraxılış işlərinin müdafiəsi prosesini uğurla başa vurublar. Ali Məktəbin ilk məzunları hazırladıqları texniki cəhətdən məqsədəuyğun, təhlükəsiz, ekoloji cəhətdən məqbul və iqtisadi cəhətdən qənaətbəxş olan layihələrini təqdim etdilər.
Müdafiə prosesi zamanı tələbələr tədris ili ərzində işləyib hazırladıqları müxtəlif layihələri təqdim etdilər. Eyni zamanda hər bir tələbə hazırladıqları layihənin texniki, iqtisadi və təhlükəsizlik baxımından hesabatlarını öz rəhbərlərindən, kənar ekspertlərdən təşkil olunmuş Attestasiya komissiyasının qiymətləndirilməsi üçün təqdim etdilər.
“Kimya mühəndisliyi” ixtisası isə üzrə təhsil alan 2 tələbə, “Neft-qaz mühəndisliyi”, ixtisası üzrə təhsil alan 4 tələbə qırmızı diploma layiq görülüblər. Onlar Əhməd Qələndərli, Rafael Səmədov, Aidə Soltanova, İbrahim Məmmədov, Rəsul Səmədzadə və Eltun Sadıqovdur.
Qeyd edək ki, elm-tədqiqat layihəsi BANM-in Kimya və Neft-qaz mühəndisliyi ixtisaslarının ən sonuncu mərhələsidir, belə ki tələbələr bütün təhsil müddətində qazandıqları bilikləri – mühəndisliyin əsaslarını mürəkkəb bir layihəyə tətbiq etmək bacarığını nümayiş etdirməlidilər.