Xəbərlər

BANM-nin Elmi Şuranın tədris ilinin yekun iclası

          Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının 2016/2017 tədris ilinin yekun iclası keçirilib. İclasda Şuranın sədri və üzvləri iştirak edib. İclası açan Bakı Ali Neft Məktəbinin rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərini salamlayaraq, 2017-ci ilin BANM üçün bir neçə mühüm hadisə - ölkə Prezidenti İlham Əliyev tərəfindən Ali Məktəbin yeni kampusunun rəsmi açılışı, məzunların ilk buraxılışı və magistratura səviyyəsinə ilk qəbul ilə əlamətdar olduğunu qeyd edib. O, BANM-in bu istiqamətdə işlərin sürətlə və keyfiyyətlə aparıldığını, bir çox uğurlara, yeniliklərə imza atdığını deyib. Sonra rektor iclasın gündəliyində olan məsələləri elan edib. Şura üzvləri arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.