Xəbərlər

Bakı Ali Neft Məktəbinin müəllimləri beynəlxalq neft-qaz sammitində

          Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri, dosent Manafəddin Namazov, dosent Nailə Allahverdiyeva və dosent Leyla Muradxanlı Bakıda keçirilən SAP Beynəlxalq Neft-qaz sammitində iştirak ediblər. SOCAR tərəfindən təşkil olunan iki günlük sammitin əsas məqsədi neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərarası əməkdaşlığın möhkəmlənməsi idi.

 

          Sammitin iştirakçıları təbii sərvətlərin qeyri-sabit qiymətləri və  müasir dövrdə neft-qaz müəssisələrinin effektivliyi məsələlərinə diqqət yetiriblər. SAP-ın işində qabaqcıl neft-qaz şirkətlərin nümayəndələri, o cümlədən “Qazprom”, “Rosneft”, “Qazprom neft”, “Surqutneftqaz”, “LUKOYL”, “Tatneft”, “SİBUR Holdinq”, “KazMunayQaz” və “Belarusneft” iştirak ediblər. SAP-ın sessiyalarında neft-qaz müəssisələrinində biznes-proseslərin səmərəliliyinin artırılması, biznesdə informasiya texnologiyalarının istifadə olunması, neft-qaz şirkətlərinin rəqəmsal iqtisadiyyat şəraitində riskləri və digər məsələlər müzakirə olunub. Sammit çərçivəsində iştirakçılar həmçinin SOCAR-ın müxtəlif müəssisələrinə və şirkətin baş ofisinə səfər ediblər.