Xəbərlər

BANM-də qanvermə aksiyası keçirilib

          “Bakı Ali Neft Məktəbinin” (BANM) əməkdaşları arasında xeyriyyə məqsədi ilə qanvermə aksiyası keçirilib. Aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə SOCAR-ın birgə təşəbbüsü ilə aparılıb. Tədbir SOCAR-ın işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin həkim-metəxəssisi Cəmşid Şahverdiyev nəzarəti ilə və Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutun Mərkəzi Qan Bankının səyyar həkim briqadasının köməyi ilə baş tutub.         

         

          “Qeyd edək ki, SOCAR-ın işçiləri arasında keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır.