Xəbərlər

BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzaladı

          Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb ilə Malayziyanın Kuala Lumpur Universiteti (UniKL) arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Tədbirdə BANM-in rektoru və professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Roslan Abdul Rəhman UniKL-nin prorektoru Prof. Azanam Shah Hashim və Sənaye texnologiyası institutunun dekanı dosent Prof. Sairul İzvan Safie, , eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

 

          Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları salamladı. O, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanacaq müqavilənin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğuladı. Tərəflər tələbə mübadiləsi, o cümlədən elektrik mühəndisliyi və elektronika ixtisası üzrə birgə proqramın həyata keçirilməsi barədə razılığa gəldilər.

 

          UniKL-nin prorektoru Prof. Azanam Shah Hashim öz çıxışında vurğuladı ki, Malayziya universitetinin Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrdən biri ilə əlaqələr qurması hər iki ölkənin maraqlarına cavab verir. O qeyd etdi ki, bu əlaqələri hər iki tərəf üçün perspektiv imkanlar yaradır.

 

          Sonra BANM-lə UniKL arasında müqavilə imzalandı. Müqaviləyə əsasən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.