Xəbərlər
BANM-də PraeLegal Azerbaijan şirkətinin nümayəndələri ilə görüş
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rektoru Elmar Qasımov və PraeLegal Azerbaijan-ın nümayəndələri – şirkətin proqram-meneceri Sidiqə Pənahova və hüquqşünas Ceyran Eminova arasında görüş keçirdi. Görüşdə sözügedən şirkətin “Xarici Tələbələrin Azərbaycanda Təhsili” layihəsi haqqında məlumat verildi və xarici tələbələrin BANM-də təhsil alması istiqamətində birgə fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olundu.
Qeyd edək ki, “Xarici Tələbələrin Azərbaycanda Təhsili“ layihəsi PraeLegal Azerbaijan şirkətinin təhsil istiqamətinə daxil olan bir layihədir. PraeLegal Azerbaijan PraeLegal Qlobal Hüquq Şəbəkəsinin ölkəmizdəki nümayəndəliyidir və sözügedən şəbəkə bir neçə sahədə fəaliyyət göstərir. Təhsil xidmətləri bu istiqamətdə önəmli yer tutur. Bu xidmətlər müxtəlif ölkələrin universitetlərinə bakalavr, magistratura və doktorantura proqramları üzrə qəbulun keçirilməsi üçün nəzərdə tutulur.
PraeLegal Qlobal Hüquq Şəbəkəsi ABŞ, Kanada, Böyük Britaniya, Qətər, Almaniya, Türkiyə, Cənubi Koreya, İran və s. ölkələrin ən nüfuzlu universitetləri ilə əməkdaşlıq edir.