Xəbərlər

BANM-in məktəblərdə piar aksiyası davam edir

          Bakı Ali Neft Məktəbinin (BANM) ictimaiyyətlə əlaqələrini möhkemlendirmək,    Ali Məktəbə abituriyentlərin marağının artırılmaq, aparılan islahatlar və yeniliklərin cəmiyyətə çatdırılmaq məqsədilə ənənəvi olaraq hər il aparılan piar aksiyası davam edir. Aksiya çərçivəsində məktəblərdə rəhbərlik və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirilir. BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Yasamal rayonunda yerləşən 167 saylı və Nərimanov rayonunda yerləşən 193 saylı məktəblərdə keçirilən görüşdə 11-ci sinif şagirdlərinə Ali Məktəblə bağlı ətraflı məlumat verdi.  

 

              Həbibə Sadıqlı BANM-in fəaliyyət istiqamətləri və perspektivləri barədə söz açıb. O, eyni zamanda Ali Məktəbdə tələbələr üçün hərtərəfli şərait yaradıldığını və rəhbərlik səviyyəsində hər zaman tələbələrin bütün təşəbbüs və layihələrinin dəstəkləndiyini qeyd edib.

 

          Sonra sözügedən məktəblərin məzunları olmuş hazırda BANM-də təhsil alan Leyla Firudinbəyli və İnci Mirzəzadə Ali Məktəbin tələbə həyatı, sosial-ictimai sahədə tələbələrin fəaliyyəti haqda danışıblar. Tələbə cəmiyyətləri və klubları haqqında məlumat veriblər. Sonda şagirdlərin çoxsaylı sualları cavablandırılıb, onlara bukletlər paylanıb.