Xəbərlər
Uğurlar, Sevda xanım!
Bakı Ali Neft Məktəbinində (BANM) “İngilis dili və Humanitar Fənlər Mərkəzi”nin baş müəllimi Sevda İmamova başqa ölkəyə köçməsi ilə əlaqədar BANM-in rektorluğu, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə görüş keçirildi.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Sevda xanıma yaxşı yol və uğurlar arzuladı. “Sevda İmamova Ali Məktəbin nüfuzlu müəllimlərindən biridir. Buna görə də, tələbələrin şəxsiyyət və professional hazırlığı məhz ona həvalə edilmişdir. Müəllimlərin şəxsi və professional keyfiyətləri ümumilikdə tələbələrin fənnə və təhsilə münasibətlərinə ciddi təsir edir. Belə müəllimlərdən biri də Sevda İmamovadır. BANM-də çalışdığı 5 il müddətində tələbələrin və həmkarlarının sevgi və hörmətini qazanmağı bacarıb”- rektor dedi.
Daha sonra Sevda İmamovanın tələbələri və həmkarları çıxış edərək sevimli müəllimənin ünvanına ürək sözlərini söyləyiblər. Qeyd olunub ki, onu bacarıqlı təşkilatçı, əla müəllim və məsuliyyətli insan kimi həmişə xatırlayacaqlar.
Görüşün sonunda BANM-in rektoru Elmar Qasımov Sevda Imamovaya səmimi təşəkkürünü bildirdi və ona 5 illik səmərəli və qüsursuz fəaliyyətinə görə Ali Məktəbin fəxri fərman və gül dəstəsi təqdım etdi.
Sevda İmamova 1977-1982-ci illərdə Moris Torez adına Moskva Dövlət Pedagoji Xarici Dillər İnstitutunda ali təhsil almışdır. 1987-1992-ci illərdə Azərbaycan Dillər Universitetində əyani aspirantura oxumuşdur. Sevda xanım 1982-ci ildə Azərbaycan Dillər Universitetində əmək fəaliyyətinə başlamışdır və 2012-ci ilə qədər həmin universitetdə baş müəllim olaraq pedaqoji fəaliyyətini davam etdirmişdir. Paralel olaraq 2000-2003-cü illərdə Ali Diplomatik Kollecində, 2003-2006-cı illərdə isə Bakı Oksford Məktəbində müəllim (əvəzçilik üzrə) işləmişdir. Sevda İmamova 2012-ci ildən Bakı Ali Neft Məktəbinin baş müəllimi idi.