Xəbərlər

BANM-in əməkdaşı beynəlxalq seminarda

          Bakı Ali Neft Məktəbinin (BANM) Keyfiyyətin Təminatı şöbəsinin rəisi Samirə Musayeva Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən “Ali təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi” adlı beynəlxalq seminarda təqdimatla çıxış edib. Otuzdan çox ali təhsil müəssisəsinin təmsil olunduğu tədbir ATMU ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində təşkil edilib.

 

          BANM-in şöbə rəisi öz təqdimatında Ali Məktəbdə keyfiyyətin təminatının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Samirə Musayeva BANM-in bu sahədə əldə etdiyi uğurlardan, görülən işlərdən bəhs edərək Ali Məktəbdə keyfiyyətin təminatı şöbəsinin iş prosesi və proseduru barəsində ətraflı məlumat verib. O, BANM-də keyfiyyətin təminatının yüksəldilməsinə xüsusi əhəmiyyət verildiyini vurğularaq, belə bir strukturun mövcudluğunun ali təhsil ocaqlarının ümumi tədris prosesinin gedişatına müsbət təsir göstərdiyini də qeyd edib.

 

          S.Musayeva tədbir iştirakçılarına bu sahədə öz tövsiyələrini də verib, onları maraqlandıran  sualları cavablandırıb.