Xəbərlər

BANM-in professor-müəllim heyəti beynəlxalq cəmiyyətə üzv oldular

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının beş nəfər əməkdaşı – kafedra müdiri Manafəddin Namazov, kafedranın əməkdaşları Nailə Allahverdiyeva, Leyla Muradxanlı, Elman Kərimli ve Abbas Əlili, o cümlədən BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov və Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov  Beynəlxalq avtomatlaşdırma cəmiyyətinə üzv qəbul olunublar.  

 

Beynəlxalq avtomatlaşdırma cəmiyyəti müasir avtomatlaşdırmanın idarə edilməsi, mühafizəsi və kiber mühafizəsini inkişaf etdirmək üçün mühəndislik və texnologiyaya müraciət edən şəxslərə standartları təyin edən və nəzarət sistemləri sənaye və kritik infrastruktur üzrə istifadə olunan peşəkar qeyri-kommersiya assosiasiyasıdır. 1945-ci ildə yaradılan, dünya miqyasında 400000 müştərisi, 40000 üzvü olan İSA inkişaf edərək qlobal standartlar üçün geniş şəkildə istifadə olunur, sənaye mütəxəssislərinin sertifikatlaşdırılmasını, təhsil və təlimin təşkilini, kitabların və texniki məqalələrin çap olunmasını, konfrans və sərgilərə ev sahibliyi edilməsini, şəbəkələrin və karyera inkişaf proqramlarının hazırlanmasını təmin edir.