Xəbərlər

BANM-də Global Business Club nümayəndələri ilə görüş

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva ilə Global Business Club (GBC) şirkətinin baş direktoru Jivko Gadjourov, icraçı direktoru Evnika Polovinkina, layihə direktoru Artyem Kim arasında görüş keçirilib.

Ramiz Hümbətov qonaqlara ölkəmizin neft-qaz sənayesinin tarixindən, inkişafından, eyni zamanda BANM-ın yaradılması, fəaliyyəti, nailiyyətləri və beynəlxalq əlaqələri haqqında  ətraflı məlumat verib.

Görüş zamanı carı ilin noyabr ayının sonunda Bakıda keçiriləcək “Xəzər bölgəsində və Mərkəzi Asyada neftin emalı və neft kimya” adlı dördüncü konfrans çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.  

Global Business Club 20 ildən artıq dövrdə Şərqi Avropa, MDB, Mərkəzi Asiya və Xəzər bölgəsi daxil olmaqla, neft-qaz konfranslarını təşkil edən beynəlxalq şirkətdir.