Xəbərlər
Bakı Ali Neft Məktəbində təlim
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Ali Məktəbin təşkilati dəstəyi ilə həyata keçirilən "Təhlükəsiz sabah!" adlı layihə çərçivəsində "Ətraf mühitin mühafizəsi və təbii resursların idarə olunması" mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılara sənaye sahələrində ekoloji problemlər və onların aradan qaldırılması üzrə mühazirə oxunub.
Təlimçi SOCAR-da Ekologiya üzrə təlimçi kimi çalışmış və sənaye sahələrində ekoloji problemlər və onların aradan qaldırılması üzrə geniş bilik və təcrübəyə malik Fikrət Feyziyev olub.